Umut Bulut Super Liqada klubunu dəyişdi

19 Dekabr 2019 22:15 Türkiyə 1 696
Umut Bulut Super Liqada klubunu dəyişdi

"Kayserispor" klubundan ayrılan Umut Bulutun yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü karyerasını Super Liqanın digər təmsilçisi "Yeni Malatyaspor"a keçib.

Klub saytının məlumatına görə, təcrübəli oyunçu ilə 1,5 illik müqavilə imzalanıb. 36 yaşlı forvard 2016-cı ildən "Kayserispor"da çıxış edir. Umut "Tuluza", "Trabzonspor" və "Qalatasaray" kimi klublarda çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM