Arda "Qalatasaray"a qayıdır? - "İstəsə, kömək edərik"

17 Dekabr 2019 00:05 Türkiyə 1 041
Arda "Qalatasaray"a qayıdır? -

"Başakşəhər" Arda Turanı "Qalatasaray"a buraxmağa hazırdır. Sportinfo.az xəbər verir ki, klubun prezidenti Göksel Gümüşdağ "TRT Spor"a açıqlamasında bunun üçün futbolçuya istənilən köməkliyi göstərəcəklərini bildirib:

"Arda "Qalatasaray"ın sayəsində bu yerlərə gəlib çatıb.Nə vaxt icazə istəsə, Əmrəyə etdiyim köməkliyi ona da göstərərəm. Bizimlə ilk söhbətində bildirmişdi ki, ilk seçimi "Qalatasaray"dır. Ora keçmək alınmasa, "Başakşəhər"ə gələcək. Həmin vaxt bunu anlayışla qarşılamışdıq".

Gümüşdağ Avroliqanın 1/16 final mərhələsinin püşkünü də dəyərləndirib. O, "Sportinq"in çətin rəqib olduğunu bildirib: "Sportinq"in 200 milyonluq büdcəsi var. Yenə çətin rəqiblə qarşılaşdıq. Amma biz çətinliyi sevirik. Türkiyəni ən yaxşı şəkildə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR