İki həftə sonra yenə Bakıya qayıdacaq və seçim edəcək

6 Dekabr 2019 09:51 Türkiyə 688
İki həftə sonra yenə Bakıya qayıdacaq və seçim edəcək

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Bakıya səfəri zamanı stadionlara və otellərə baxış keçirib. 67 yaşlı mütəxəssisin səfəri qısamüddətli olub.

O, Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, "Bakcell Arena" və "Dalğa Arena"ya baş çəkib, otellərlə tanış olub. Stadionları və otelləri bəyənən Günəş seçimini yaxın vaxtlarda edəcəyini bildirib.

O, iki həftə sonra yenidən Bakıya qayıdacaq və Türkiyə millisinin AVRO-2020-nin oyunları zamanı harada məskunlaşacağına qərar verəcək.

İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.

Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək. AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti