AFFA-nın baş katibi Günəşdən nə hədiyyə aldı? - FOTO

5 Dekabr 2019 23:00 Türkiyə 619
AFFA-nın baş katibi Günəşdən nə hədiyyə aldı? - FOTO

AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəşlə görüşüb.

Sportinfo.az xəbər verir ki, görüş zamanı Türkiyə yığmasının AVRO-2020-nin final mərhələsinin A qrupunda 2 oyununu Bakı Olimpiya Stadionunda keçirəcəyi ilə bağlı məmnunluq hissləri ifadə edən fikirlər səsləndirilib.

Oyunların məhz Bakıda keçirilməsi türkiyəli azarkeşlərin doğma komandalarını dəstəkləməsi üçün məsafə və atmosfer baxımından daha rahat olacağı qeyd olunub. Eyni zamanda Azərbaycanda olan çoxsaylı Türkiyə futbolu azarkeşlərinin sevimli komandalarına doğma meydan əhval-ruhiyyəsi yarada biləcəyi vurğulanıb.

Elxan Məmmədov Türkiyə millisinə Avropa çempionatında uğurlar arzulayıb, Şenol Günəş isə, öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib.

Iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti