Şenol Güneşin Bakıda futbolçularına qoyacağı qadağalar

5 Dekabr 2019 19:21 Türkiyə 1 075
Şenol Güneşin Bakıda futbolçularına qoyacağı qadağalar

Bir qələr əvvəl xəbər verdiyimiz kimi, Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakıya gəlib.67 yaşlı mütəxəssis AVRO-2020-nin oyunları üçün otel və təlim-məşq bazası seçimi ilə bağlı Azərbaycana səfər edib. O, Tofiq Bəhramov adına Respublika stadionunda olub.

Sportinfo.az-ın məlumatına görə, Günəş "Tofiq Bəhramov"dan sonra "Bakcell Arena"ya baş çəkib. "Ay-ulduzlular"ın çalışdırıcısı burada AFFA rəsmiləri ilə söhbət edib, soyunub-geyinmə otaqları və meydançanın vəziyyəti ilə yerində tanış olub.

Sabiq "Beşiktaş"lı gördüklərindən narazı qalmayıb, bununla belə, bəzi fikirlərini söyləyib. O, məşqlərin tam qapalı şəraitdə keçirilməsinə şərait yaradılmasını istəyib. Yəni ki, komandanın hazırlıq keçdiyi saatlarda stadiona təhlükəsizlik xidmətinin əməkdaşlarından savayı, kimsə buraxılmasın.

Günəş hətta avtoqraf almaq və şəkil çəkdirmək üçün arenaya gələcək fanatların futbolçulara yaxınlaşmasına icazə verilməsinə qarşıdır.

İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.

Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək. AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"