Baş məşqçi yeni klubu ilə 1,5 illik müqaviləyə imza atdı

5 Dekabr 2019 01:24 Türkiyə 483
Baş məşqçi yeni klubu ilə 1,5 illik müqaviləyə imza atdı

“Kasımpaşa”nın yeni baş məşqçisi müəyyənləşib. Sportinfo.az xəbər verir ki, bir neçə gün əvvəl Kemal Özdeş ilə vidalaşan Super Liqa təmsilçisi Tayfur Havutçu ilə anlaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssis yeni klubu ilə 1,5 illik müqaviləyə imza atıb. Məşqçiliyə futbolçu karyerasını başa vurduğu “Beşiktaş”da start verən Havutçu bu komanda ilə 2010/11 mövsümündə Türkiyə çempionu olub.

2015/16 mövsümündə 1-ci liqa təmsilçisi “Adana Dəmirspor”u çalışdıran Tayfur, son olaraq Türkiyə millisində Mirça Luçesku və Şenol Günəşin köməkçisi kimi çalışıb.

“Kasımpaşa” yeni baş məşqçisi ilə ilk sınağında dekabrın 8-də “Beşiktaş”la üz-üzə gələcək. 13 oyuna 12 xal toplayan bu komanda hazırda 18 kollektiv arasında 15-cidir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"