Şenol Günəş: "Biz Bakını istəyirdik"

30 Noyabr 2019 22:54 Türkiyə 1 081
Şenol Günəş: "Biz Bakını istəyirdik"

Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin final mərhələsindəki ev oyunlarından ikisini Bakıda keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, “ay-ulduzlular”ın çalışdırıcısı bunları söyləyib: “Xeyirli olsun. Biz Bakını istəyirdik. Azərbaycanda öz meydanımızda oynayacağıq. Buraya gəlmək önəmli idi. Qürurvericidi. İnşallah, qrupdan çıxaraq daha gözəl günlər görəcəyik”.

Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə yığmaları ilə mübarizə aparacaq. İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək.

İyulun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa 1/4 final mərhələsinin bir oyunu da Bakıda keçiriləcək.

AÇ-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar. İtaliya da AÇ-nin ev sahiblərindən biri olduğu üçün, bu komandanın iştirakı ilə baş tutacaq oyunlar Bakıda keçirilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"