"Qalatasaray" Arda Turanı geri qaytarmaq istəyir

26 Noyabr 2019 23:00 Türkiyə 677
"Qalatasaray" Arda Turanı geri qaytarmaq istəyir

"Qalatasaray" sabiq futbolçusu Arda Turanı komandaya qaytarmaq istəyir. Sportinfo.az xəbər verir ki, "sarı-qırmızılar" yanvar ayında 32 yaşlı yarımmüdafiəçi üçün "Başakşehir"ə təklif göndərəcək.

Tərəflər arasında razılıq əldə olunarsa, "Qalatasaray" təcrübəli futbolçunun müqavilə ilə məxsus olduğu İspaniya "Barselona"sı ilə görüşəcək və transferi tamamlayacaq.

Arda Turanı icarə əsasında heyətə cəlb etmək istəyən İstanbul təmsilçisi "Barselona"ya və ya "Başakşehir"ə hər hansı bir məbləğ ödəməyəcək.

Arda Turan 2005 - 2011-ci illərdə "Qalatasaray"ın formasını geyinib. O, İspaniyada "Atletiko"dakı çıxışı ilə adından söz etdirib. Oyunçunun 2016-cı ildən sonra "Qalatasaray"ın baş məşqçisi Fatih Terimlə münasibəti pisləşsə də, onlar "Qalatasaray" - "Başakşehir" (0:1) matçında barışıblar.

Digər Xəbərlər
Xəbər Lenti