Pedro Enrike 4-cü qolunu vurdu, 1:4 uduzdular - VİDEO

25 Noyabr 2019 11:01 Türkiyə 840
Pedro Enrike 4-cü qolunu vurdu, 1:4 uduzdular - VİDEO

Türkiyə Super Liqasında 12-ci turun görüşləri keçirilir. Sportinfo.az xəbər verir ki, lider "Sivasspor" səfərdə "Kayserispor"un qonağı olub.

Sivas klubu meydan sahiblərini böyük hesabla (4:1) məğlub edib. "Kayserispor"un heyətində çıxış edən sabiq "Qarabağ"lı Pedro Enrikenin bərabərlik qolu yekunda yalnız təsəlli olub.

Bu, qışda yenidən Ağdam klubunda çıxış edəcəyi gözlənilən braziliyalı futbolçunun Superliqada 4-cü qolu olub. Pedronun komandası "Kayserispor" 7 xalla turnir cədvəlinin sonunci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti