Türkiyədə ilk - Qadın klub prezidenti oldu

22 Noyabr 2019 19:43 Türkiyə 1 326
Türkiyədə ilk - Qadın klub prezidenti oldu

Türkiyə Super Liqasında çıxış edən “Kayserispor” klubunda noyabrın 30-da prezident seçkiləri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, seçkidən öncə namizədlərdən biri Berna Gözbaşı müvəqqəti olaraq rəhbər posta gətirilib.

Beləliklə, Berna Gözbaşı Türkiyə Super Liqasında prezidentlik edən ilk qadın olub.

Qeyd edək ki, Gözbaşı 3 ildir Kayseri təmsilçisində işləyir.

Digər Xəbərlər
Xəbər Lenti