SOCAR "Fənərbaxça"nın sponsoru olur - 450 milyonluq müqavilə

22 Noyabr 2019 12:25 Türkiyə 1 861
SOCAR "Fənərbaxça"nın sponsoru olur - 450 milyonluq müqavilə

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "Fənərbaxça"nın sponsoru ola bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İddiaya görə, tərəflər arasında danışıqlar bir müddətdir davam edir. Hələlik heç bir tərəf rəsmi açıqlama verməsə də, müqavilənin bəzi şərtləri ilə bağlı xəbərlər yayılıb.

"Haber.com" saytının yazdığına inansaq, klubla SOCAR arasında 15 illik müqavilə müzakirə olunur. Sözləşmənin dəyəri isə 450 milyon avrodur. Anlaşmada SOCAR-ın üzərinə düşən öhdəliklərdən biri klubun bütün borclarının ödənilməsidir.

Razılıq əldə olunsa, müqavilə imzalandıqdan sonra İstanbul klubu ya "Fənərbaxça SOCAR", ya da "SC Fənərbaxça" adlanacaq.

Artıq "Fənərbaxça" azarkeşləri də bununla bağlı sosial şəbəkələrdə xeyli paylaşım ediblər.

Xəbərdə dünyaca məşhur "Red Bull" şirkətinin də "Fənərbaxça" ilə danışıq aparmaq istədiyi bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!