Arda Turan lazım deyil

18 Noyabr 2019 01:26 Türkiyə 940
Arda Turan lazım deyil

“Başakşəhər” müqaviləsi cari mövsümün sonunda bitəcək Arda Turanla bağlı qərarını verib. Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi, göstərdiyi oyuna görə tənqid olunan 32 yaşlı futbolçuyla yeni müqavilə imzalamamaq qərarı alıb.

Buna səbəb “Barselona”dan icarə əsasında heyətə qatılan futbolçunun yüksək məvacib qarşılığında istənilən oyunu göstərə bilməməsidir. Qış fasiləsində uyğun təklif gələcəyi halda, Ardanın klubdan ayrılmasına icazə veriləcəyi bildirilir.

2018-ci ilin yanvarında Kataloniya klubundan icarə əsasında heyətə qatılan futbolçu cari mövsümdə əsas heyətdə meydana çıxmayıb. Arda meydana sonradan daxil olduğu 7 oyunda qol hesabını aça bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR