"Bu xəyalları təkbaşına həyata keçirmək mümkün deyil"

15 Noyabr 2019 01:10 Türkiyə 681
"Bu xəyalları təkbaşına həyata keçirmək mümkün deyil"

Avropa çempionatının seçmə mərhələsində İslandiya ilə qolsuz bərabərə qalan Türkiyə final mərhələsinə vəsiqə qazanıb. Sportinfo.az xəbər verir ki, "ay-ulduzlular"ın baş məşqçisi Şenol Günəş zəfəri şərh edib:

"İstanbulda 3 oyun keçirdik. Azarkeşin milli komanda ilə bütövləşməsinə çalışdıq. Bu gün ilk dəfə qol vura bilmədik. Buna baxmayaraq, Avro-2020-nin final mərhələsinə vəsiqə qazandıq.

Bu, İslandiya yığmasının son şansı idi. Bu gündən etibarən Avro-2020 üçün ən yaxşısını etməyə çalışacağıq. Ölkəmizi daha yaxşı təmsil etmək üçün əlimizdən gələni etməliyik. Bunu sadəcə məndən gözləmək yanlış olar.

Hər kəsin bir arada olması lazımdır. Xəyallarımız çoxdur. Bu xəyalları təkbaşına həyata keçirmək mümkün deyil. Yeni nəsillərin önünü açacağıq. Mən bir az da bunun xəyalını qururam".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!