Türkiyə yığması vacib matçdan öncə ciddi itki ilə üzləşdi

14 Noyabr 2019 00:28 Türkiyə 1 004
Türkiyə yığması vacib matçdan öncə ciddi itki ilə üzləşdi

Türkiyə millisi AVRO-2020-nin seçmə mərhələsinin son oyunlarından öncə ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, İngiltərənin "Everton" klubunda çıxış edən Cenk Tosun yığmanın məşqində zədələnib. 28 yaşlı hücumçu bu səbəbdən İslandiya və Andorra ilə matçlarda çıxış edə bilməyəcək.

Türkyə noyabrın 14-də İstanbulda İslandiyanı qəbul edəcək. Şenol Güneşin baş məşqçi olduğu kollektiv üç gün sonra Andorranın qonağı olacaq. Komanda İslandiya ilə ev matçında ən azı heç-heç edəcəyi təqdirdə final mərhələsinə vəsiqəni təmin edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM