"Fatih Terim Falkaonun alınmasını əsla istəməyib"

29 Oktyabr 2019 09:51 Türkiyə 623
"Fatih Terim Falkaonun alınmasını əsla istəməyib"

"Qalatasaray"a gəldiyi gündən cəmi 5 oyunda forma geyinən və bir qol vuran Radamel Falkao ilə bağlı müzakirələr davam edir. Sonucu dəfə oktyabrın 1-də PSJ ilə Çempionlar Liqası matçında meydana çıxan kolumbiyalı ulduzun zədəli olduğu deyilsə də, onunla bağlı müxtəlif xəbərlər yayılır.

Sportinfo.az xəbər verir ki, daha bir iddia ilə "Beşiktaş" matçından sonra keçmiş futbolçu, hazırda şərhçilik edən Erman Toroğlu çıxış edib. Onun sözlərinə görə, Fatih Terim Falkaonun alınmasını istəməyib:

"Fatih Terim onun alınmasını əsla istəməyib. Amma rəhbərlik azarkeşlərin təzyiqi səbəbindən bu transferi gerçəkləşdirdi. "Qalatasaray"dakı böhrana görə Fatih Terim və Mustafa Cengiz məsuliyyət daşıyır".

Bu arada Fatih Terim yanvarda komandada ciddi dəyişikliklərin olacağını bildirib: "Dəyişməsi lazım olanları dəyişəcəyik. Bunu hər kəs üçün deyirəm.

"Qalatasaray"lılar olaraq belə oynamağa alışmamışıq. Bəzilərinə son şanslarını verdik. Yanvara qədər təbii ki, bizimlə olacaqlar. Bundan sonra hər kəs oynayacaq. Bizim istədiyimiz şəkildə oynayacaqlar".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda