Son 30 ilin ən pis “Qalatasaray”ı

29 Oktyabr 2019 01:10 Türkiyə 801
Son 30 ilin ən pis “Qalatasaray”ı

Türkiyə Super Liqasının 9-cu turu çərçivəsində səfərdə “Beşiktaş”a 0:1 hesabıyla uduzan “Qalatasaray” antirekorda imza atıb. Sportinfo.az xəbər verir ki, İstanbul nəhəngi cari mövsümdə rəqib qapılarından cəmi 9 qol keçirib ki, bu da son 30 ilin ən pis göstəricisidi.

“Sarı-qırmızılar” sonuncu dəfə 1989/1990 mövsümünün ilk 9 turunda 9 qol vurmuşdu. Ondan sonrakı mövsümlərdə bu komanda ilk 9 tura ən azı 1 qol vururdu.

Bütövlükdə isə, “Qalatasaray” bu mövsüm 13 rəsmi oyuna çıxıb, bu qarşılaşmalardan 7-də rəqib qapılarına yol tapa bilməyib. “Qalatasaray” Super Liqada 9 turdan sonra 13 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu