17 gündən sonra istefa verdi: "Heç bir tələbim yoxdur"

28 Oktyabr 2019 17:59 Türkiyə 1 192
17 gündən sonra istefa verdi: "Heç bir tələbim yoxdur"

Türkiyə Super Liqasında çıxış edən "Kayserispor"un baş məşqçisi Samet Aybaba istefa verib.

Sportinfo.az xəbər verir ki, 64 yaşlı mütəxəssis 17 gün ərzində bütün səylərinin nəticəsiz qalması səbəbindən bu addımı atdığını bildirib.

"Futbolçuların hər şeyə biganəliyini və onlarda heç bir müsbət irəliləyişin olmadığını aşkarladım. Mənim və digər məşqçilərin klubdan hər hansı tələbi yoxdur".

Samet Aybaba "Kayserispor"la 1,5 illik müqavilə imzalamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR