Yığmamızın sabiq üzvü baş məşqçisiz qaldı

9 Oktyabr 2019 09:32 Türkiyə 547
Yığmamızın sabiq  üzvü baş məşqçisiz qaldı

“Fatih Karagümrük” baş məşqçi Cüneyt Dumlupınarı istefaya göndərib. Sportinfo.az xəbər verir ki, bu barədə TFF 1-ci liqa klubunun rəsmi saytı məlumat yayıb.

Klub rəhbərliyi onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Ayrılığın səbəbi açıqlanmır. Amma klubun yaydığı məlumata görə, Dumlupınar kluba başqa formada kömək edəcək.

“Fatih Karagümrük” TFF 1-ci liqanın geridə qalan 7 turunda 12 xal toplayıb və 5-ci pillədə qərarlaşıb. Adıçəkilən komandada Azərbaycan yığmasının sabiq üzvü Toğrul Erat da çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR