"Beşiktaş yaxşı klubdur, amma ara-sıra problemlər olur"

5 Oktyabr 2019 13:12 Türkiyə 522
"Beşiktaş yaxşı klubdur, amma ara-sıra problemlər olur"

"Beşiktaş"ın qapıçısı Lorius Karius "Liverpul"a qayıtmağı xəyal edir.

Sportinfo.az xəbər verir ki, almaniyalı kiper Çempionlar Liqasının finalında "Real"la görüşdə buraxdığı səhvi də xatırlayıb: "İcarə əsasında mövsüm sonuna kimi "Beşiktaş"da çıxış edəcəm. "Liverpul"a qayıdacam, yoxsa başqa ingilis və ya alman klubuna, onu zaman göstərəcək. "Beşiktaş"da oynamaq xoşuma gəlir. İngiltərədə oynayanda hər zaman diqqət mərkəzində olursan. "Beşiktaş” yaxşı klubdur, amma ara-sıra problemlər də olur.

"Liverpul"la hələ müqaviləm var. Bəlkə də yenidən bu komandada oynadım. "Liverpul" olmasa da yaxşı komandada olacağıma inanıram. Çempionlar Liqasının finalındakı oyun haqda daha düşünmürəm. Həmin oyunun üstündən iki mövsüm keçib. Ciddi zədəm var idi, amma heç kim bundan danışmır. İnsanlar hər şey danışa bilər, məni narahat etmir".

Digər Xəbərlər
Xəbər Lenti