“Qalatasaray” Falkaodan çox pis xəbər aldı

5 Oktyabr 2019 00:56 Türkiyə 546
“Qalatasaray” Falkaodan çox pis xəbər aldı

“Qalatasaray” ciddi itki ilə üzləşib. Sportinfo.az xəbər verir ki, “sarı-qırımızılar”ın futbolçusu Radamel Falkao sıradan çıxıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun PSJ ilə matçında (0:1) əzələsində ağrılar hiss edən hücumçunun müayinəsinə başlanılıb.

Falkao “Qalatasaray”ın Türkiyə Super Liqasının 7-ci turunda “Gənclərbirliyi” ilə qarşılaşacağı oyunun heyətinə daxil edilməyib. Kolumbiyalı oyunçu ilə yanaşı,

Mario Lemina və Kristian Luyindama da “Gənclərbirliyi” matçında iştirak etməyəcək. Bu gün keçiriləcək “Gənclərbirliyi” – “Qalatasaray” matçına saat 21:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı