"Qalatasaray" - "Fənərbaxça": İstanbulda möhtəşəm DERBİ

28 Sentyabr 2019 13:10 Türkiyə 668
"Qalatasaray" - "Fənərbaxça": İstanbulda möhtəşəm DERBİ

Türkiyə Superliqasında VI turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, turun mərkəzi görüşündə bu gün "Qalatasaray" və "Fənərbaxça" komandaları üz-üzə gələcək. Mövsümün ilk derbisi "Türk Telekom Arena"da olacaq.

Dörd mövsümdür öz evində "sarı-lacivərdlilər"ə qalib gələ bilməyən "Cim-Bom" bu dəfə tilsimi qırmağa çalışacaq. Mövsümə yaxşı başlayan "Fənər" isə çətin səfərdən ən azı 1 xalla qayıtmaq arzusundadır.

İstanbul derbisi Bakı vaxtı ilə 21:00-da başlayacaq

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM