39 oyuna 32 qol buraxsa da... Karius ən pis qapıçı deyil

22 Sentyabr 2019 15:34 Türkiyə 757
39 oyuna 32 qol buraxsa da... Karius ən pis qapıçı deyil

"Beşiktaş"ın son 20 ildə ən pis qapıçısının kimliyi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, ötən il "Liverpul"dan transfer edilmiş Loris Karius nə qədər bərbad çıxış etsə də, son 20 ilin ən uğursuz qolkiperi o deyil.

Bu, 2012/2013-cü illərdə "qara qartallar"ın formasını geyinmiş Alan Makqreqordur. Hazırda vətəni Şotlandiyada "Reyncers"də çıxış edən 37 yaşlı təcrübəli qapıçı İstanbul klubunun heyətində orta hesabla hər oyuna 1.5 qol buraxıb.

"Beşiktaş"ın alman qapıçısı Kariusda isə bu göstərici 1.4-ə bərabərdir. Karius son 20 ildə "qara qartallar"ın ən uğursuz qapıçıları siyahısında yalnız Makqreqoru qabaqlayır. 26 yaşlı "əlcək sahibi" Türkiyə klubunun heyətində keçirdiyi 39 oyunun 32-də qapısında qol görüb.

Digər Xəbərlər
Xəbər Lenti