"Mançester Yunayted"in sabiq futbolçusu Adanada çox davam gətirmədi

21 Sentyabr 2019 10:30 Türkiyə 1 386
"Mançester Yunayted"in sabiq futbolçusu Adanada çox davam gətirmədi

"Mançester Yunayted"in sabiq futbolçusu Anderson karyerasını başa vurub. Sportinfo.az Goal.com-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun son klubu "Adana Dəmirspor" olub.

Türkiyə komandasının prezidenti Murat Sancak braziliyalı yarımmüdafiəçinin mövsümlərarası fasilədə yaxşı hazırlıq keçdiyini desə də, onun heyətə düşmədiyini bildirib: "Andersona klubda başqa iş təklif etdik və o, karyerasını bitirməyi qərara aldı".

Oktyabrın 12-də futbilçunun vida matçının keçiriləcəyi gözlənilir. Həmin gün "Adana Dəmirspor" "Beşiktaş"la qarşılaşacaq.

Karyerasına "Qremio"da başlayan Anderson 2007-ci ildə "Mançester Yunayted"ə keçib. O, İngiltərə klubunun heyətində 2008-ci ildə Çempionlar Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti