
“Qalatasaray” tarixində 23-cü dəfə Türkiyə çempionluğunu qazanıb.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Super Liqanın XXXVI turunda “Ankaragücü” üzərində səfər qələbəsi (4:1) qazanaraq, 2022/2023 mövsümünün qızıl medallarını təmin edib.
Xallarının sayını 82-yə yüksəldən “cim-bom” ən yaxın izləyicisi “Fənərbağça”nı 5 xal qabaqlayır. “Bülbüllər” son matçda qalib gəlsə belə, liderə çata bilməyəcək.
Bununla “Qalatasaray” həm də 4 illik çempionluq həsrətinə son qoyub. “Aslan” axırıncı dəfə 2018/2019 mövsümündə kuboku muzeyinə aparmışdı.
“Qalatasaray” cari mövsümün son oyununu iyunun 4-də öz meydanında məhz “Fənərbağça”ya qarşı keçirəcək.
Son turda "Qalatasaray" və "Fənərbaxça" Super Liqada iştirakını dayandıran "Hatayspor" və "Qaziantep"lə qarşılaşacaq.
Həmin görüşlərdə hər iki komandaya 3 xal veriləcək. Buna görə də"Qalatasaray" vaxtından əvvəl çempion olub. Bu, "sarı-qırmızılar"ın 23-cü Türkiyə çempionluğudur.