"Beşiktaş" Premyer Liqadan müdafiəçi bəyəndi

5 İyul 2022 10:00 Türkiyə 610
"Beşiktaş" Premyer Liqadan müdafiəçi bəyəndi

Romen Sais, Gedson Fernandes və Cenk Tosunu heyətinə qatan "Beşiktaş" dördüncü transferini həyata keçirməyə çox yaxındır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Lester Siti"də çıxış edən Daniel Amarti ilə maraqlanır.

Qana mətbuatının yazdığına görə, "qara qartallar" 27 yaşlı mərkəz müdafiəçisinin transferini bitirmək üzrədir.

Qanalı futbolçu "Beşiktaş"ın təklif etdiyi illik 2 milyon avro maaşla razılaşıb. Yaxın günlərdə transferin tamamlanacağı gözlənilir.

Daniel Amarti "Lester Siti"yə 2016-cı ilin yanvarında "Kopenhagen"dən transfer olunub.

Təcrübəli futbolçu son mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 40 oyunda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!