"Mən bunu söyləmirəm, ancaq çətin olacağını deyirəm”

28 Aprel 2020 23:00 Paris-2024 918
"Mən bunu söyləmirəm, ancaq çətin olacağını deyirəm”

Növbəti il Tokio Yay Olimpiya Oyunlarının təşkili koronavirus peyvəndi tapılmayacağı təqdirdə, çətin olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Yaponiya Həkimlər Assosiasiyasının rəhbəri Yositake Yokokura bildirib.

O deyib ki, effektiv peyvənd olmasa, olimpiadanı keçirmək çətin olacaq. Yokokure dərman və peyvədlərin hazırlanması üçün tələsməli olduqlarını əlavə edib: “Oyunların keçirilməyəcəyini söyləmirəm, ancaq çətin olacağını deyirəm”.

Bu ilin 24 iyul - 9 avqust tarixində keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da