Tokio-2020: Karateçimiz qrupda qaldı

5 Avqust 2021 09:40 Tokio-2020 855
Tokio-2020: Karateçimiz qrupda qaldı

Azərbaycan karateçiləri Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Bu növdəki təmsilçilərimizdən ilk olaraq Firdovsi Fərzəliyev çıxış edib.

67 kq çəki dərəcəsində döyüşən idmançımız A qrupunda mübarizə aparıb. O, ilk döyüşündə Türkiyə təmsilçisi Eray Şamdana 1:7 hesabı ilə məğlub olub. Firdovsi 2-ci görüşdə çətin olanı bacarıb. Karateçimiz yaponiyalı Naoto Saqo üzərində vacib qələbə qazanıb - 1:0.

Təəssüf ki, qrupda 3-cü görüş Fərzəliyevin olimpiadadakı perspektivinə aydınlıq gətirib. Təmsilçimiz Darxan Assadılova (Qazaxıstan) 2:6 hesabı ilə uduzaraq son görüşün nəticəsindən asılı olmayaraq qrupdan çıxmaq şansını itirib.

Formal xarakter daşıyan qrupdakı son döyüşündə Firdovsi Misir karateçisi Əli El-Saviyə uduzaraq olimpiadada mübarizəni dayandırıb. Hər qrupda ilk 2 yeri tutan karateçilər birbaşa yarımfinala vəsiqə alıb. Yarımfinala çıxan karateçilər özü üçün minimum bürünc medalı təmin edir. Karatedəki digər təmsilçilərimizdən Rafael Ağayev sabah, İrina Zaretska isə avqustun 7-də çıxış edəcək.

SPORTİNFO.AZ

Xəbər Lenti