TOKİO-2020: Abdullayev dünya çempionuna qarşı

28 İyul 2021 18:20 Tokio-2020 920
TOKİO-2020: Abdullayev dünya çempionuna qarşı

Sabah - iyulun 29-da Tokio Olimpiadasında 2 idmançımız çıxış edəcək.

İlkin mərhələni uğurla adlamış boksçumuz Məhəmməd Abdullayev (+91) 1\8 final döyüşünə çıxacaq. Onun rəqibi kifayət qədər güclü sayılan Bohodir Jalolov olacaq.

Özbəkistan boksçusu superağır çəki dərəcəsində medallara əsas namizədlərdəndir. O, 2019-cu ilin dünya çempionu, 2015-ci ilin isə dünya 3-cüsüdür.

3 dəfə Asiya çempionu olub (2017,2019,2021). Bununla belə, əkdər mütəxəssislər Məhəmməd Abdullayevin yüksək dözümlülük və güclü zərbələrinə güvənir. Boksçumuzla dünya çempionunun qarşılaşması Bakı vaxtı ilə təxminən saat 7:03-də başlayacaq.

Cüdoda 100 kq çəki dərəcəsində təmsilçimiz Zelim Kotsoyev çıxış edəcək. 3 dəfə Avropa çempionatının bürünc medalını qazanmış Kotsoyevin ilk rəqibi Fransa idmançısı Alexandre İddir olacaq.

SPORTİNFO.AZ

Xəbər Lenti