TOKİO-2020: Rüstəm bürüncü əldən verdi

26 İyul 2021 14:11 Tokio-2020 1 002
TOKİO-2020: Rüstəm bürüncü əldən verdi

Tokio Olimpiadasında kişi cüdoçuların 73 kq çəki dərəcəsində mübarizəsinə yekun vurulub.

Bu çəkidə ölkəmizin təmsilçisi Rüstəm Orucov bürünc medal uğrunda görüşdə Cənubi Koreya idmançısı An Çan-Qrimə uduzaraq Olimpiya Oyunlarının 5-ci sırada başa vurub.

Çəkisində dünya reytinqində 2-ci olan Rüstəm əsas medal ümidlərimizdən sayılırdı. O, Tokioda ilk görüşdə rusiyalı Musa Moquşkova, daha sonra Tacikistan təmsilçisi Somon Mahmudbekova qalib gəlmişdi.

1/4 finalda yaponiyalı olimpiya çempionu Şoheyi Onoya uduzaraq finala çıxmaq şansını itirdikdən sonra mübarizəni təsəlliverici görüşlərdə davam etdirirdi. Burada isə Kosova idmançısına qalib gəlsə də, bürünc medla uğrunda qarşılaşmada uduzması Orucovu Olimpiadada mükafatsız qoydu.

Qeyd edək ki, Rüstəm Rio Olimpiadasında gümüş medala sahib çıxmışdı.

SPORTİNFO.AZ

Xəbər Lenti