Boksçularımızın ilk rəqibləri məlum oldu - Tokio-2020-də

23 İyul 00:14 Tokio-2020 224
Boksçularımızın ilk rəqibləri məlum oldu - Tokio-2020-də

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışlarının püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, texniki iclasdan sonra baş tutan tədbirdə Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.

Olimpiadada boks yarışları iyulun 24-də start götürəcək və avqustun 8-də bitəcək. Döyüşlər “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək.

1/16 final
24 iyul
57 kq

Tayfur Əliyev – Nquyen Van Duonq (Vyetnam)

69 kq
Lorenzo Sotomayor – Əsgərxan Madiyev (Gürcüstan)

+91 kq
Məhəmməd Abdullayev – Denis Latıpov (Bəhreyn)

25 iyul
63 kq

Cavid Çələbiyev – Yaroslav Hartsiz (Ukrayna)

1/8 final
28 iyul
81 kq

Alfonso Dominqes – Emmett Brennan (İrlandiya)/Dilşodbek Ruzmetov (Özbəkistan)

Xəbər Lenti