ŞOK! Güləşçimiz Tokio-2020-dən kənarda qaldı

20 İyul 2021 14:40 Tokio-2020 1 167
ŞOK! Güləşçimiz Tokio-2020-dən kənarda qaldı

Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Hacımurad Hacıyev zədələnib.

Sportinfo. az "qafqazinfo”ya istinadən xəbər verir ki, 74 kq-da mübarizə aparan idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazansa da, Yaponiyaya gedə bilməyəcək.

Hacıyev güləş millisinin Göygöldə məşqləri zamanı zədələnib və müalicə olunsa da, sağalmayıb.

Olimpiadaya vəsiqə qazanan idmançının məşqlər zamanı ciddi xəsarət almasının səbəbi isə açıqlanmayıb.

Azərbaycan Güləş Federasiyası Beynəlxalq Olimpiya Komitəsinə müraciət göndərərək zədələnmiş Hacıyevin Turan Bayramovla əvəzlənməsinə icazə verilməsini xahiş edib.

Hacımurad Hacıyevin Olimpiadaya getməyəcəyi bir müddət öncədən bəlli olsa da, Azərbaycan Güləş Federasiyası bunu təkzib edirdi.

Federasiya 74 kq-da yarışacaq idmançını zədəli vəziyyətdə Tokioya aparmaq niyyətində olsa da, vəziyyətinin ağırlığı buna imkan verməyib.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu