Olimpiadaya ilk olaraq onlar getdi

2 İyun 2021 02:24 Paris-2024 836
Olimpiadaya ilk olaraq onlar getdi

Qadın voleybolçulardan ibarət Avstraliya millisi Tokio-2020 Yay Olimpiya Oyunları öncəsi təlim-məşq toplanışı üçün Yaponiyaya yollanıb.

Sportinfo.az xəbər verir ki, bu, olimpiadadan əvvəl ölkəyə gedən ilk idmançı qrupudur.

Voleybolçular və 30 nəfərlik heyət koronavirusa qarşı əvvəlcədən peyvənd olunub. Onlar üç gün oteldə qalacaqlar. Bundan sonra iyunun 5-də məşqlərə start veriləcək.

Komanda Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə ümumilikdə 12 oyun keçirəcək. Hazırlıq prosesi Qunma prefekturasındakı Ota şəhərində gerçəkləşəcək.

Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”