Azərbaycan millisi dünya reytinqində ikinci pilləyə qalxdı

26 Yanvar 2024 08:50 Milli komanda 1 133
Azərbaycan millisi dünya reytinqində ikinci pilləyə qalxdı

Azərbaycan minifutbol millisi dünya reytinqində ikinci yerə yüksəlib.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda üç pillə irəliləyərək buna nail olub.

Yığmamızın hesabında 3 000 xal var. Dünya Minifutbol Federasiyasının (WMF) açıqladığı yeni reytinq cədvəlinə 4 125 xalla Rumıniya başçılıq edir. İlk üçlüyü Macarıstan (2 600 xal) qapayır.

Rumıniya son dünya, Azərbaycan isə Avropa çempionudur.

Digər Xəbərlər
Xəbər Lenti