Türkiyə Superliqasının ikinci turunda mübarizə aparacaq - İki azərbaycanlı qız

04:00 Tennis 80
Türkiyə Superliqasının ikinci turunda mübarizə aparacaq - İki azərbaycanlı qız

Azərbaycan stolüstü tennisçiləri Türkiyə Superliqasında çıxışlarını davam etdirəcəklər.

Sportinfo.az xəbər verir ki, milli üzvləri Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova növbəti dəfə "Masader Spor Klubu" tərəfindən dəvət alıblar.

İdmançılar yarışın ikinci turunun oyunlarında sözügedən komandanın uğurları üçün çalışacaqlar.

Ankara təmsilçisi Türkiyə çempionatının iddialı komandalarından sayılır. "Masader Spor Klubu" bu mövsüm də mükafatlar uğrunda mübarizə aparır.

Stolüstü tennisçilərimizin Türkiyə Superliqasında çıxış etməsi oyun təcrübəsinin artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 Aprel 18:10 Çək və bizə göndər!