Premyer Liqa klubunun forvardının keçidi "düyünə düşdü"

21 Yanvar 14:40 Sumqayıt 1 297
Premyer Liqa klubunun forvardının keçidi "düyünə düşdü"

Uğur Cahangirovun "İmişli"yə keçidi sin anda baş tutmayıb.

"Sumqayıt"ın forvardı ilə anlaşmaq mümkün olmayıb.

Düzdü, 22 yaşlı futbolçu "kimyaçılar"la sağollaşıb, bölgə klubunun düşərgəsinə yollanıb.

Amma klub rəhbərliyi ilə üzbəüz söhbətdə tərəflər ortaq məxrəcə gələ bilməyib.

Bu səbəbdən son anda İmişli təmsilçisi keçiddən imtina edib.

Belədə 22 yaşlı forvard yenidən "kimyaçılar"a qoşulmalı olub.

Lakin onun yenidən başqa aşağı liqa klublarından birinə icarəyə verilməsi öz aktuallığını tam itirməyib.

Xatırladaq ki, Sumqayıt futbol akademiyasının yetirməsi bu mövsüm əsas komandanın heyətində 6 Premyer Liqa matçında forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?