Azərbaycana köçdüyü üçün qorxmadığını iddia etdi

18 Yanvar 2022 00:30 Sumqayıt 736
Azərbaycana köçdüyü üçün qorxmadığını iddia etdi

"Uzunmüddətli müqavilə imzalanıb.

Burada iz buraxmaq üçün mümkün qədər uzun müddət və səmərəli işləmək istəyirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Sumqayıt”ın yeni baş məşqçisi Aleksey Baqaya aiddir.

Yaxınlarda Premyer Liqa təmsilçisi ilə 2,5 illik kontrakt imzalayan belaruslu yeni ölkəyə köçdüyü üçün qorxmadığını söyləyib:

“Mövsümün ilk yarısında çox xal itkiləri olub Heç kimin qarşısına ilk “üçlüy”ə düşmək vəzifəsi qoyulmayıb.

Hər şeyə real yanaşırıq. Turnir cədvəlindəki yerdən qorxmuruq. Futbolçularla və məşqçilər korpusu ilə danışmışam.

Hər şeydən əvvəl psixoloji durum önəmlidir. Çempionatda üçüncü yeri tutub, avrokuboklarda iştirak edib, milliyə çağırıldıqdan iki ay sonra futbol oynamağı unutmaq mümkün deyil.

Vəziyyət, yəqin ki, hər kəs üçün başadüşüləndir. Ona görə də psixoloji məqam daha vacibdir".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da