COP29

"Sabah"ın əcnəbisindən ehtiyatlı davranış: "Gəlin, hadisələri qabaqlamayaq"

8 Avqust 16:00 Sabah 509
"Sabah"ın əcnəbisindən ehtiyatlı davranış: "Gəlin, hadisələri qabaqlamayaq"

"Sabah" bu axşam Konfrans Liqasında növbəti görüşünə çıxacaq.

Təmsilçimiz turnirin 3-cü təsnifat mərhələsinin ilk matçında "Sent Patriks"in qonağı olacaq.

Tələbələr İrlandiyaya Premyer Liqaya verdiyi pis startla yola düşüb.

Belə ki, Masazır klubu doğma meydanda autsayder "Şamaxı" ilə qarşılaşmada vacib 2 xaldan məhrum oldu - 2:2.

Həm də 2:0 öndə olduğu halda.

Görəsən, "şirlər"lə oyunda yaşananlar vacib səfər öncəsi daxili ab-havaya mənfi təsir edibmi?

Yay fasiləsində "Sabah"a qoşulan İvan Lepinitsa Sportinfo.az-a açıqlamasında sorğumuza belə cavab verib:

"Komandada hər bir futbolçu peşəkardır. Ona görə hər oyunun fərqli olduğunu başa düşürlər.

Bizi vacib oyun gözləyir. Əminəm ki, komandanın hər bir üzvü bu matçın əhəmiyyətini yaxşı başa düşür və müsbət nəticə qazanmağımız üçün meydanda əlindən gələni edəcək".

Krunoslav Renduliçin komandası bu mərhələni uğurla adlayacağı halda pley-off-da "Saburtalo" (Gürcüstan) - "Başakşəhər" (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Yarımmüdafiəçi sonda potensial rəqiblər barədə də qısaca danışıb:

"Bu mərhələdə asan rəqib olmur. Amma hadisələri qabaqlamayaq.

Öncə "Sent Patriks"lə iki çətin oyunumuz var. Bu oyunlarda müsbət nəticə qazanıb, mərhələ keçdikdən sonra bu barədə danışmaq olar".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi