“Adana Dəmirspor”un tanınmış siması “Xan Lənkəran”ın baş məşqçisi oldu

19 Yanvar 2022 12:40 Region Liqası 1 752
“Adana Dəmirspor”un tanınmış siması “Xan Lənkəran”ın baş məşqçisi oldu

“Xan Lənkəran”ın yeni baş məşqçisi məlum olub.

Sportinfo.az xəbər verir ki, “Adana Dəmirspor”un əfsanələrindən sayılan, UEFA Pro kateqoriyalı, TFF 1-ci Liqasında çalışmış İbrahim Uzunca Region Liqasında mübarizə aparan klubun sükanı arxasna gətirilib.

Məşqçilik fəaliyyətinə 1995-ci ildən başlayan İbrahim Uzunca“Adana Dəmirspor”, “Ərciyespor”, “Osmaniyəspor”da çalışıb. O, məşqçi kimi “Bakı”nın əvəzedici komandasına çempionluq yaşadıb.

Türkiyəli bundan əvvəl də Region Liqasında işləyib. İlyarım əvvəl Quba “Şahdağ“ında qısamüddətli fəaliyyət göstərib.

"Xan Lənkəran" dünən baş məşqçi İqbal Babayev və onun köməkçisi Cəfər Mirzəyevi istefaya göndərib.

Lənkəran klubu 13 xalla Cənub zonasında birincidir. Klub rəhbərliyini belə qərar verməyin doğruluğuna inandıran hadisə “Turan Tovuz”la yoxlama matçında qeydə alınan nəticədir.

Belə ki, Region Liqasının iştirakçısı I Divizion təmsilçisi ilə yoldaşlıq görüşünə 0:1 hesablı məğlubiyyətə uğrayıb.

Bu, yeni yaranan “Xəzər Lənkəran”ın ilk yenilgisi kimi tarixə düşüb ki, idarəçilər də həvəskar statuslu addım atmağı lazım bilib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”