"Qəbələ" üçün "Qarabağ" qalmışdı, o da bacarmadı VİDEO+FOTOLAR

2 Dekabr 2021 23:00 Qəbələ 817
"Qəbələ" üçün "Qarabağ" qalmışdı, o da bacarmadı VİDEO+FOTOLAR

Azərbaycan Premyer Liqasında 12-ci tur ötən həftə arxada qaldı.

12 turun surpriz komandası sözsüz ki, "Qəbələ"dir.

Mövsümün əvvəli kim deyərdi ki, Elmar Baxşıyevin yetirmələri 12 turdan sonra çempioluq mübarizəsində olacaq?

Düzdü, bu mübarizəni mövsümün sonuna kimi aparmaq mümkünsüz görünür, amma bura qədər gəlmək də qəhrəmanlıq kimi qiymətləndirilməlidir.

Buna heç ən optimist "Qəbələ" azarkeşi də inanmazdı. Kifayət qədər əsası da vardı.

Hər halda yeni mövsümün hazırlığına ən gec başlayan və ölkə xaricində toplanış keçməyən yeganə təmsilçimiz "Qəbələ" oldu. Büdcə az, heyət yetərsiz və belə "peşəkar"lıqla hazırlığa start verən komandaya kimsə niyə inansın ki?

Amma bölgə klubu mümkünsüzü mümkün etməyə davam edir. İlk turda bu tura kimi stabil nəticələr göstərir və liderlər qrupunda qərarlaşıb.

Komanda son çempion "Neftçi"dən xal alıb, iddialı "Zirə"ni büdrədib, çempion olmaq potensialına sahib "Sabah" və digərlərini məğlub etməyi bacarıb.

Bir "Qarabağ" qalmışdı, ondan da bu tur qələbəyə bərəbarə heç-heçəni qoparmağı bacardı. İndi qalır bu stabilliyi sona kimi davam etdirmək.

Bəli, bunu bacarmaq çox çətindir. Amma nəzərə alaq ki, bura qədəri də çox çətin idi. Amma hazırkı "Qəbələ" bacardı.

Deməli, bundan sonrasına da ümid etmək olar. Bu ümidi isə hamıda "Qəbələ" özü yaradıb, "Qəbələ" özü verib.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti