Qurban Qurbanov "Qarabağ"ın Türkiyədəki matçına getməycək, oğlu isə…

1 Dekabr 2020 13:20 Qarabağ 700
Qurban Qurbanov "Qarabağ"ın Türkiyədəki matçına getməycək, oğlu isə…

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin V turunda "Makkabi" (Təl-Əviv) ilə oyun üçün Türkyənin İstanbul şəhərinə getməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun direktoru Emrah Çəlikəl məlumat verib.

O bildirib ki, 48 yaşlı mütəxəssisin vəziyyəti yaxşı olsa da, onun növbəti testi də müsbət çıxıb.

Çelikəl İsrail təmsilçisi ilə duelə komandanı Elçin Rəhmanovun çıxaracağını sözlərinə əlavə edib: "Hücumçu Musa Qurbanlının növbəti koronavirus testi neqativ çıxıb. Onun qarşılaşmada iştirakı gözlənilir".

Dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Qurban Qurbanov səhhətindəki problemə görə ötən həftəsonu komanda ilə Ağdama səfər edə bilməyib. O, həmçinin "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri görüşü də buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti