"Qarabağ"ın baş məşqçisində də koronavirus çıxdı

29 Noyabr 2020 18:05 Qarabağ 1 008
"Qarabağ"ın baş məşqçisində də koronavirus çıxdı

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun koronavirusa yoluxması barədə şübhələr təsdiqlənib.

Sportinfo.az xəbər verir ki, bu barədə açıqlama ilə onun köməkçisi Elçin Rəhmanov çıxış edib.

O, «Səbail»lə az öncə başa çatan matçdan sonra bu haqda danışıb. Mətbuat konfransında iştirak edən Rəhmanov onun karantində olduğunu və müalicəyə başladığını bildirib.

Onun sözlərinə görə, çalışdırıcı hazırda klubun Suraxanıda yerləşən bazasında qalır və evə getmir.

Rəhmanov baş məşqçinin 2 gün sonra təkrar test verəcəyini, buna əsasən, gələn həftə «Makkabi» ilə Türkiyədə keçiriləcək Avroliqa oyununa yollanıb-yollanmayacağının bilinəcəyini söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti