Ərəb ulduzun qiyməti "Qarabağ"a çox gəldi

31 İyul 2020 22:40 Qarabağ 2 607
Ərəb ulduzun qiyməti "Qarabağ"a çox gəldi

APOEL-in yarımmüdafiəçisi Masa Al-Tamari «Qarabağ»a təklif olunub.

2018-ci ildən Kipr klubunun formasını geyinən yarımmüdafiəçi buradan ayoılmaq istəyir.

Avropanın «böyük beşlik» çempionatlarından birinə getmək airuzusu bu il də reallaşmayan ərəb futbolçunun indi APOEL rəhbərliyi ilə münasibətləri o qədər də yaxşı deyil.

23 yaşlı vingerin menecerləri onu «Qarabağ» da daxil, Türkiyə, Rusiya və Hollandiya təmsilçilərinə də təklif edib.

Ötən mövsüm Çempionlar Liqasının təsnifat, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionuna qarşı forma geyinmiş Tamari, əslində, Qurban Qurbanovun oəğbət duyduğu isimlərdən biridir.

Sadəcə, ona görə tələb olunan məbləğ 3 milyon avrodan başlayır. Odur ki, «Qarabağ» bu keçiddən imtina edib.

«Köhlən atlar» APOEL-dən tanıdığımız bir futbolçunu heyətinə qatıb. Bu, Uros Matiçdir. Serbiyalı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"