Beqoviç üçün 4 təklif - "Vest Hem", PSV...

8 Dekabr 2019 11:34 Qarabağ 1 122
Beqoviç üçün 4 təklif -

"Qarabağ"da icarə əsasında çıxış edən Asmir Beqoviç yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Sportinfo.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, bosniya və herseqovinalı qolkiper "Vest Hem"in maraq dairəsinə düşüb. Müqavilə ilə "Bornmut"a məxsus olan və bu ilin sonunda Ağdam klubundakı icarə müddəti başa çatacaq 32 yaşlı qapıçı ilə İngiltərənin digər klubları - "Derbi" və "Birmingem" də yaxından maraqlanır. Beqoviçi heyətində görmək istəyən digər komandanın isə Niderland PSV-si olduğu bildirilir.

İddiaya görə, təcrübəli qapıçının yeni klubundakı həftəlik qazancı ən azı 30 min funt-sterlinq olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!