Juninyodan böyük pullar qazanan "Qarabağ" Nərimanın ümidinə qalsa… VİDEO

8 Fevral 16:00 Qarabağ 6 652
Juninyodan böyük pullar qazanan "Qarabağ" Nərimanın ümidinə qalsa… VİDEO

"Nəriman Juninyo olası deyil".

Bu sözlər idman teleaparıcısı Ceyhun Rzayevə məxsusdur.

ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı «Qarabağ»ın sabiq və hazırkı hücumçuları barədə fikirlərini dilə gətirib.

Bildirib ki, yanvarda 5 milyon avro təzminat qarşılığında "Flamenqo"ya satılan Juninyo bütün komponentlərdə Nəriman Axundzadədən üstündür.

"Xəzər Lənkəran"ın yetirməsi olan ikincinin Avropa Liqasının son iki turunda göstərdiyi performansı dəyərləndirən Rzayev qeyd edib ki, Nəriman braziliyalı həmkarı qədər rəqib müdafiəçilərə təhlükə yaşada, əlinə düşən fürsətləri qola çevirə bilmir.

Onun topla rəftarının və sürətinin yetərli qədər yaxşı olmadığını vurğulayıb.

Aparıcı 21 yaşlı forvardın hələ öz üzərində çox çalışmalı olduğunu vurğulayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM