Azərbaycan çempionu müqaviləyə xitam verdi - TRANSFER BAZARLIĞI edildi

5 Fevral 2025 16:40 Qarabağ 1 576
Azərbaycan çempionu müqaviləyə xitam verdi - TRANSFER BAZARLIĞI edildi

“Qarabağ” Julio Romao ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2022-ci ildən Ağdam komandasında çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.

Julio Romao karyerasını Macarıstanda - "Ferensvaroş"da davam etdirəcək. Bu barədə Budapeşt klubunun yaydığı açıqlamada bildirilib.

Tərəflər arasında bu gün müqavilə imzalanıb. Hələlik kontraktın detalları açıqlanmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti