“Qarabağ”ın qurbanı və...

5 Fevral 2025 02:40 Qarabağ 838
“Qarabağ”ın qurbanı və...

Avropa Liqasında Liqa mərhələsi başa çatıb.

Sportinfo.az xəbər verir ki, raundun yekunları Azərbaycan çempionu “Qarabağ”ın bəxtinin püşkatmada gətirmədiyini göstərib.

Təmsilçimizin rəqiblərinin çoxu güclü olub. “Qarabağ”ın qarşılaşdığı 8 komandadan üçü birbaşa 1/8 finala adlayıb.

“Tottenhem”, “Lion” və “Olimpiakos”un “səkkizlik”də yer alması Ağdam klubunun nə qədər ağır mübarizə apardığını göstərir. Daha üç rəqib isə pley-offda oynayacaq. Bunlar “Bodo Qlimt”, FCSB və “Ayaks”dır.

Onlardan ikisi 1/8 finala vəsiqəni son turda əldən verib. FCSB “Mançester Yunayted”ə 0:2 hesabı ilə uduzmayıb,

heç olmasa 1 xal alsaydı, “Bodo Qlimt” isə autsayderlərdən biri “Nitsa” ilə heç-heçə etməsəydi (1:1) indi pley-offda yox, 1/8 finalda olardı. Hər iki komanda 8-ci yerdəki “Reyncers”lə eyni xal toplayıb və əlavə göstəricilərdə geri qalıb.

“Bodo Qlimt” ümumiyyətlə autsayderlərin qurbanı olub. Son iki pilləni tutanlar Norveç klubuna cəmi 1 xal verib.

Qurban Qurbanovun yetirmələrinin qurbanı olan “Bodo Qlimt” evdə “Qarabağ”a uduzmasaydı, hətta 1 xal da onları 1/8 finala daşıyacaqdı. Təmsilçimizin yeganə qələbəsi isə şimallılar üçün əsl badalaq olub.

Maraqlıdır ki, mübarizəni davam etdirən bu 6 komandanın hamısı turnir cədvəlinin ilk 1/3 hissəsində - “12-lik”də yer alıb. Bir sözlə, 12 ən güclünün 6-sı ağdamlılara rəqib olub.

Çempionumuzun görüşdüyü komandalardan yalnız ikisi mübarizəni dayandırıb. İsveç klubları “Malmö” və “Elfsborq” “Qarabağ”a qalib gəlməkdən başqa ciddi heç nə etməyib.

Ümumiyyətlə, “Qarabağ”ın 8 rəqibi 64 oyunda 101 xal toplayıb (idman.biz).

Yer

Komanda

O

Q

H

M

T-F

X

4

Tottenhem

8

5

2

1

17-9

17

6

Lion

8

4

3

1

16-8

15

7

Olimpiakos

8

4

3

1

9-3

15

9

Bodo Qlimt

8

4

2

2

14-11

14

11

FCSB

8

4

2

2

10-9

14

12

Ayaks

8

4

1

3

16-8

13

26

Elfsborq

8

3

1

4

9-14

10

31

Malmö

8

1

2

5

10-17

5

36

Qarabağ

8

1

0

7

6-20

3

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var