Qurban Qurbanov: “İşlərimiz düz getmir, mən bunu normal qarşılayıram” – VİDEO

4 Fevral 04:40 Qarabağ 518
Qurban Qurbanov: “İşlərimiz düz getmir, mən bunu normal qarşılayıram” – VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində səfərdə “Zirə”yə qarşı keçirdikləri oyun haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, 2:3 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:

“Zirə”ni, Rəşad Sadıqovu təbrik edirəm. Çox yaxşı, baxımlı oyun oldu. Nəsə işlərimiz düz getmir. Amma mən bunu normal qarşılayıram. Biz geri dönəcəyik. Komandanı hər oyuna tam istədiyimiz kimi hazırlaya bilmirik. 3-4 gündən bir oyunlarımız olur. Bəzi futbolçular çoxdandır oynamırdı, bu gün 90 dəqiqə meydanda oldular. Səhvlərimiz var. Bunu danmırıq. Çatışmayan cəhətlər var, yəqin səhvlərimiz çoxdur. “Zirə” layiqli qələbə qazandı. Qarşıdakı oyunlara hazırlaşacağıq. İnşallah, qayıdacağıq.

Həm oyunun gedişatına görə idi, həm də bəzi oyunçuların hazırlığı istədiyimiz səviyyədə deyil. Bu gün əslində Benzia ilə Zubiri meydana buraxmaq istəməzdim. Onların istirahətə daha çox ehtiyacı var. Futbolda belə hallar olur”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!