Cəmi 5 avro ver, "Qarabağ"ı Belçikada izlə!

8 Fevral 2023 23:20 Qarabağ 1 081
Cəmi 5 avro ver, "Qarabağ"ı Belçikada izlə!

"Gent" Belçikada "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün biletləri satışa çıxarıb.

Sportinfo.az xəbər verir ki, ən ucuz biletin qiyməti 5 avro təşkil edir. Ən bahalı bilet isə 35 avrodur.

Fevralın 23-də "Gelamko Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Komandalar arasında ilk görüş fevralın 16-da Bakıda olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun başlama saatı 21:45-dir.

Digər Xəbərlər
Xəbər Lenti