“Qarabağ” dünya rekordçularına necə çatdı?

7 Dekabr 2022 01:10 Qarabağ 551
“Qarabağ” dünya rekordçularına necə çatdı?

Premyer Liqanın XVI turunda “Neftçi” ilə qarşılaşan “Qarabağ” səfərdə darmadağına imza atıb.

Sportinfo.az xəbər verir ki, 4:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri rəqib meydanlarındakı quru seriyasını uzadıb.

Ağdamlılar Premyer Liqadakı son 5 səfər görüşündə qol buraxmayıb. “Qəbələ” (1:0), “Şamaxı” (4:0), “Turan Tovuz” (2:0), “Sabah” (0:0) və “Neftçi” (4:0) ilə görüşlərdə “Qarabağ”ın qapısı toxunulmaz qalıb.

Qurbanovun komandasının qapısına öz meydanında yol tapan sonuncu komanda “Zirə” olub.

Sentyabrın 18-dəki matçda 1:7 hesabı ilə uduzan bakılılar Coşqun Diniyevin qolu ilə qonaqları məyus edib. Sonrakı 506 dəqiqədə isə “Qarabağ”ın qapısı tilsimlənib.

Bununla da Azərbaycan çempionu dünya rekordunu təkrarlayıb. “Qarabağ” davam edən analoji seriyalar arasında rekordçulardan biridir.

Yüksək liqa təmsilçilərindən “Tirana” Albaniyada, “Linfild” Şimali İrlandiyada ardıcıl 5 səfər matçında qol buraxmayıb.

“Qarabağ” növbəti səfər görüşünü dekabrın 24-də “Səbail”ə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti