NAZİR: "Hamı noutbukda oyuna baxırdı, hər birimizin ürəyi "Qarabağ"la döyünürdü"

12 Avqust 2022 00:30 Qarabağ 724
NAZİR: "Hamı noutbukda oyuna baxırdı, hər birimizin ürəyi "Qarabağ"la döyünürdü"

"İdmanda hər şey ola bilər. Necə ki, "Qarabağ" avrokuboklarda büdcəsi özündən çox olan klublara qalib gəlir".

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "Qarabağ" bu mövsüm Çempionlar Liqasındakı çıxışı barədə jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, "köhlən atlar"ın III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu keçməsini sözlə ifadə etmək mümkün deyil:

"Hamımız qürurlandıq. Həmin gün İslamiadanın açılış mərasimi olsa da, hamı noutbuklarda oyuna baxırdı. Hər birimizin ürəyi "Qarabağ"la döyünürdü. Komandaya, Qurban Qurbanova təşəkkürümü bildirirəm".

O, Ağdam təmsilçisinin pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi ev oyununda azarkeş sayını nəzərə alaraq, matçın Bakı Olimpiya Stadionuna salınması məsələsinə də toxunub:

"Bu sualı "Qarabağ"a ünvanlasanız, daha yaxşı olar. Biz komandanın yanında olmağa və onlara dəstək verməyə çalışırıq".

F.Qayıbov hazırda Avstriyada "Rapid" (Vyana) klubuna qarşı Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu keçirən "Neftçi"yə də uğurlar arzu edib: "Hesabı deyə bilmərəm, çünki mənlik deyil (gülür)".

Digər Xəbərlər
Xəbər Lenti